Məsut Özil də Ronaldonun yoluyla gedir (FOTO)

ŞOU-BİZNES
10:41 25.03.2011
2057

Apasport.az saytının məlumatına görə, bu qənaətə pireneyli həmkarlarımız gəlib. 

Belə ki, milliyətcə türk olan Məsud portuqaliyalıdan çox şeylər öyrənməyə başlayıb. Özü də söhbət yaşıl meydanda deyil, sevgi “cəbhələr”indəki uğurlardan gedir.

Bir müddət əvvəl 28 yaşlı sevgilisi Lagerblomdan ayrılan yarımmüdafiəçi indi də Aida Yespika ilə eşq macərası yaşayır. “Beşiktaş”ın sabiq futbolçusu italiyalı Matteo Ferrarinin keçmiş sevgilisi ilə görüşmək üçün Özil Madridlə Milan arasında qalıb.

Venesuela əsilli model də 3 yaşlı oğlunun atasından vaz keçərək, Məsudla olmağa üstünlük verib. Artıq cütlüyün birgə şəkilləri də mediaya sızıb.

 

 

OXŞAR XƏBƏRLƏR