“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşdü

“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşdü
SOSİAL
16:39 08.09.2026
385
IV "Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurovla görüşüblər.

AZXEBER.COM xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirliyin məsul əməkdaşları, proqramın əvvəlki illərdə uğur qazanmış məzunları və IV "Maarifçi” proqramının iştirakçıları iştirak ediblər.

Kərəm Mansurov görüşdə "Müasir məhkəmə sistemi və rəqəmsal gələcək” mövzusunda çıxış edib. O, Məhkəmə-Hüquq Şurasının fəaliyyət istiqamətləri, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, məhkəmə mədəniyyətinin formalaşdırılması, rəqəmsal idarəetmə və süni intellektin ədalət mühakiməsində gələcək rolu barədə məlumat verib.

Bildirilib ki, müasir məhkəmə sisteminin inkişafı hüquqi bilik və peşəkarlıqla yanaşı, yüksək etik davranış standartlarının qorunması, ictimai etimadın təmin edilməsi və yeni texnologiyaların imkanlarından səmərəli istifadə ilə sıx bağlıdır.

Görüşdə həmçinin rəqəmsal gələcəyin yalnız texnoloji yenilikləri deyil, yeni düşüncə tərzini, müasir idarəetmə mədəniyyətini və dəyişikliklərə açıq insan kapitalını da əhatə etdiyi vurğulanıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramdan 102 gənc məzun olub. Hazırda 53 nəfər IV "Maarifçi” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeliyindəki qurumlarda, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Qarabağda yeni vətən inşa olunur” – Zahid Oruc
14:55 05.10.2026
“Qarabağda yeni vətən inşa olunur” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
13:01 05.10.2026
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
12:58 05.10.2026
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:49 05.10.2026
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
Ramil Usubovun ailəsində - ağır itki
12:46 05.10.2026
Ramil Usubovun ailəsində - ağır itki