Maaş artımı neçə min müəllimə şamil olunacaq? - RƏSMİ

Maaş artımı neçə min müəllimə şamil olunacaq? - RƏSMİ
SOSİAL
12:25 01.03.2018
2034
Prezident İlham Əliyevin 28 fevral 2018-ci il sərəncamının nə qədər müəllimə şamil olunacağı açıqlanıb.
 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun Lent.az-a verdiyi məlumata görə, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
 
Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir.

OXŞAR XƏBƏRLƏR