Maaşların ödəniş qaydası dəyişir - Artıq aylıq verilməyəcək

Maaşların ödəniş qaydası dəyişir - Artıq aylıq verilməyəcək
SOSİAL
23:11 22.05.2026
3943
Azərbaycanda əmək haqqı sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə maaşların aylıq deyil, hissə-hissə ödənilməsi ilə bağlı təkliflər cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəzi mütəxəssislər bunun işçilərin gündəlik xərclərini daha rahat planlaşdırmasına kömək edəcəyini düşünsələr də, digərləri uzun illər aylıq maaş sisteminə uyğunlaşmış insanların büdcə idarəçiliyində çətinlik çəkə biləcəyini qeyd edirlər. Eyni zamanda, yeni sistemin bank əməliyyatlarından tutmuş kredit və kommunal ödənişlərə qədər bir çox sahəyə təsir göstərə biləcəyi bildirilir.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bu yanaşma əhalinin həyat keyfiyyətində ciddi dəyişiklik yaradacaq addım deyil:

"Çünki burada insanların aylıq və ya həftəlik gəlirləri real ifadədə artmır. Sadəcə əmək haqqının ödəniş forması dəyişir. Yəni vətəndaş əvvəl aldığı məbləği yenə alacaq, sadəcə həmin vəsait ona hissə-hissə təqdim olunacaq. Bununla belə, dünya təcrübəsində oxşar yanaşmalar tətbiq olunur və bir sıra ölkələrdə əmək haqqının ay ərzində bir neçə dəfə ödənilməsi praktikasına rast gəlinir. Bu sistem müəyyən mənada ailələrin büdcə planlamasını daha rahat edə bilər. Xüsusilə də insanların pulla davranış modellərində tez-tez rast gəlinən irrasional qərarların və plansız xərcləmələrin müəyyən qədər qarşısını almağa kömək edə bilər. Məsələ ondadır ki, aylıq əmək haqqı toplu şəkildə əldə edildikdə və düzgün planlama aparılmadıqda, vəsait qısa müddətdə səmərəsiz istiqamətlərə xərclənə bilir. Nəticədə isə ayın qalan hissəsində vətəndaş borclanmağa məcbur qalır. Əmək haqqının iki və ya daha çox hissəyə bölünərək verilməsi isə qısamüddətli büdcə planlamasını nisbətən asanlaşdıra bilər. İnsanlar xərclərini daha mərhələli şəkildə idarə etməyə çalışar və bu da əlavə, düşünülməmiş xərclərin müəyyən qədər azalmasına səbəb ola bilər”.

O deyib ki, bu yanaşma gəlirin ay ərzində daha balanslı şəkildə istifadə olunmasına imkan yarada bilər:

"İnsanların qısamüddətli borclanma ehtiyacları azala, gündəlik maliyyə təzyiqi müəyyən qədər yüngülləşə bilər. Təbii ki, ilkin mərhələdə bəzi planlama çətinlikləri və uyğunlaşma problemləri yarana bilər. Amma orta və uzunmüddətli dövrdə vətəndaşlar bu sistemə uyğunlaşa bilərlər. Bu daha çox texniki xarakterli dəyişiklikdir. Müəyyən davranış modellərinin yenidən formalaşmasına, xərcləmə vərdişlərinin nizamlanmasına və qısamüddətli maliyyə idarəçiliyinin yaxşılaşmasına təsir göstərə bilər. Lakin bu yanaşma ailələrin gəlirlərinin real olaraq artması və ya ciddi sosial-iqtisadi keyfiyyət dəyişikliyi yaranması anlamına gəlmir”.

Qeyd edək ki, Beynəlxalq praktikada xüsusilə ABŞ və Böyük Britaniya kimi ölkələrdə həftəlik və ya iki həftədən bir həyata keçirilən ödəniş üsulları geniş yayılıb. Azərbaycanda bu keçidin mümkünlüyü həm də işəgötürənlərin mühasibatlıq yüklərini artıra bilər. Hər ay tək tərkibli sənədləşmə əvəzinə bir neçə dəfə əməliyyat aparmaq şirkətlərin bank xərclərini və inzibati işini çoxaldacaq. Digər tərəfdən, mövcud kredit sisteminin aylıq qrafiklər üzərində qurulması səbəbindən vətəndaşların daxil olan xırda məbləğləri toplayıb bank öhdəliklərini vaxtında bağlaması ilkin dövrdə ciddi adaptasiya dövrü tələb edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı