"Mağazada çörək satmışam, utanmıram" - Sevdadan tənqidlərə cavab

"Mağazada çörək satmışam, utanmıram" - Sevdadan tənqidlərə cavab
MAQAZİN
10:30 16.02.2018
3134
Müğənni Sevda Yahyayeva dünən mətbuatda paylaşılan illər əvvəlki görüntüsünə lağ edən izləyicilərə cavab verib.

İfaçı "Instagram” hesabında onlara cavab verərək görüntüsündən utanmadığını deyib:

"Səhnəyə gəldiyim ilk gündən bəri kasıb ailədən olduğumu, atasız böyüdüyümü, mağazada çörək satdığımı heç kəsdən gizlətməmişəm. Hamı keçmişimi əzbər bilir.

On üç yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı lentə alınmış kasıbyana, zövqsüz və indi sizə gülməli gələn görüntülərimdən bu gün də utanmıram. Çünki yetərincə məşhuram, gözəl dost çevrəsinə malikəm.

Maddi və mənəvi azadlıq qazanmışam. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm”.

Yahyayeva statusunda şöhrətin başını gicəlləndirmədiyini də qeyd edib:

"Qazandığım statusdan istifadə edərək heç kəsi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və dövlət mənim xasiyyətimi dəyişməyib.

Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı və heç bir plastik əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah heç kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına!”

Sevdanın bu paylaşımına mindən çox rəy yazılıb. Həmkarları ona dəstək olduqlarını bildirib. 

Əməkdar artist Röya Ayxan isə Sevdaya dəstəyini "Instagram Story” bölməsindən edib. O, Yahyayevanın fotosunu paylaşaraq bu sözləri yazıb:

"Gözəlim, bunlara fikir vermə. Biri dəvə kimi arxasını görmür, biri qırx yaşında valideyn pulu yeyir, biri alverdədir, vicdanını satır. Amma danışdırsan, öz zəhməti ilə çalışan bir-iki nəfərdir. Onlardan da ikisi elə bizik. Bu arada, "pekarnı”ya çörəyi mən gətirirdim, tanımadın?”
 
///Oxu.Az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
18:21 11.03.2025
Rusiya Kurskda Ukraynanın nəzarətindəki 12 yaşayış məntəqəsini geri qaytarıb
İradə İbrahimova gözəllik sirrini bölüşdü
18:10 11.03.2025
İradə İbrahimova gözəllik sirrini bölüşdü
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO
17:53 11.03.2025
Əməkdar artist Türkiyədə trend oldu - AUDİO