Mağazadan 10 min manatlıq siqaret oğurlayan 3 yeniyetmə tutuldu

KRİMİNAL
12:21 31.12.2023
787
Dekabrın 28-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 10000 manat dəyərində tütün məmulatının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu etməkdə şübhəli bilinən onlardan biri əvvəllər analoji cinayətə görə məhkum olunmuş 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR