Mağazaya basqın edib iki işçini başından vurdu - Azərbaycanda

Mağazaya basqın edib iki işçini başından vurdu - Azərbaycanda
SOSİAL
22:10 18.05.2018
7776

Şirvanda mağazaya basqın edən şəxs saxlanılıb. O, marketin 2 nəfər işçisinə butulka ilə xəsarət yetirib və kassadan pul götürə bilmədikdə oradan qaçıb. Milli.Az bildirir ki hadisə mağazadakı müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Polis əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisəni törədən şəxsin şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Vaqif Şirinov olduğu müəyyənləşib. O, Paytaxtın Qaradağ rayonu ərazisində Əlahiddə Çevik Polis Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şirvan polisinə təhvil verilib. 

////xezerxeber.az

 


OXŞAR XƏBƏRLƏR