Macarıstan 11 ukraynalı hərbi əsirin Rusiyaya təhvil verilməsində iştirakını inkar edir

Macarıstan 11 ukraynalı hərbi əsirin Rusiyaya təhvil verilməsində iştirakını inkar edir
DÜNYA
18:40 20.06.2023
246
Macarıstan Rusiyanın 11 ukraynalı hərbi əsirin onlara təhvil verilməsində iştirakını inkar edir.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Peter Siyarto deyib ki, müharibə əsirlərinin köçürülməsi ilə bağlı danışıqlar yalnız Rus Pravoslav Kilsəsi və dini qurumlar tərəfindən aparılıb.

"Hesab edirəm ki, kilsə və dini qurumlar arasında sərbəst məsləhətləşmələrin olması yaxşı xəbərdir. Bu danışıqlarda Macarıstan dövləti qətiyyən iştirak etmirdi. Bu adamlar razılaşma əsasında azadlığa buraxılıblar və onlar azad insanlardır, Macarıstanda sərbəst hərəkət edə bilirlər, istədiklərini edə bilərlər, əgər Ukrayna hakimiyyəti ilə əlaqə saxlamaq istəsələr, bunu etməkdə sərbəstdirlər, mən sizə zəmanət verə bilərəm", - Siyarto vurğulayıb.

Xatırladaq ki, iyunun 8-də Rus Pravoslav Kilsəsi "Zakarpat əsilli" bir qrup ukraynalı əsgərin Macarıstana köçürülməsi planını açıqlayıb. Planın Macarıstan Baş nazirinin müavini Zsolt Semjenin şəxsi təşəbbüsü olduğu bildirilir, o, etnik mənsubiyyəti macar olduğu iddia edilən ukraynalı əsirlərin Rus Pravoslav Kilsəsi ilə köçürülməsi ilə bağlı danışıqlar aparıb. Semjen iyunun 9-da planı təsdiqləyərək, onların artıq Macarıstanda "azad insanlar" olduğunu bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanları əsirlərin harada olmasından xəbərsiz olduqlarını və Kiyevin bu işdə iştirak etmədiyini bildiriblər. Budapeştin Ukraynadakı nümayəndəsindən Ukrayna Xarici İşlər Nazirliyinə izahat verməsi tələb olunub.
 
///APA 
 

OXŞAR XƏBƏRLƏR