Macarıstan nümayəndə heyəti ADNSU-da - FOTOLAR

Macarıstan nümayəndə heyəti ADNSU-da - FOTOLAR
SOSİAL
10:43 17.02.2026
219
Fevralın 16-da Macarıstan Respublikasının nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. Səfər çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq imkanları, elmi-tədqiqat əlaqələrinin genişləndirilməsi və yeni ortaq təşəbbüslərin reallaşdırılması məsələləri müzakirə edilib.
 
AZXEBER.COM xəbər verir ki, nümayəndə heyətinə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma rəhbərlik edib. Heyətin tərkibində Macarıstanın Pannoniya Universitetinin rektoru, professor Yanoş Aboni, Pannoniya Universiteti Fondunun Müşahidə Şurasının sədri Zoltan Birkner, Macarıstan Səfirliyinin Təhsil və Mədəniyyət üzrə diplomatı Monika Felföldi, eləcə də Macarıstanın "MVM Upstream Private Limited Company” şirkətinin Azərbaycan filialının baş icraçı direktoru Yojef Qoldfarb yer alıblar.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla qonaqlar arasında keçirilən görüşdə ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov və struktur bölmə rəhbərləri də iştirak ediblər.

Görüş zamanı rektor Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tarixi, tədris imkanları, elmi fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. O, ADNSU ilə Macarıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və universitetin birgə layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Səfir Tamaş Yojef Torma Azərbaycan və Macarıstan arasında mövcud dostluq münasibətlərindən bəhs edib, iqtisadi və diplomatik əlaqələrin inkişafı ilə yanaşı, elm, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Pannoniya Universitetinin rektoru, professor Yanoş Aboni isə təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək qarşılıqlı əməkdaşlıq üçün perspektivli istiqamətləri diqqətə çatdırıb.

Görüşdə birgə elmi-tədqiqat layihələrinin hazırlanması, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq elmi rəhbərlik əsasında gənc tədqiqatçıların hazırlanması, innovasiya və texnologiya transferi sahəsində əməkdaşlıq, həmçinin ikili diplom proqramlarının yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, qarşılıqlı akademik əlaqələrin dərinləşdirilməsi və hər iki universitet üçün faydalı olacaq yeni təşəbbüslərin reallaşdırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Nümayəndə heyəti səfər çərçivəsində ADNSU-da Tarix Muzeyi, Kibertəhlükəsizlik laboratoriyası, kompüter otaqları və UFAZ laboratoriyaları ilə tanış olublar, universitetin tədqiqat infrastrukturu və innovasiya imkanlarını yüksək qiymətləndiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir