Macarıstanda 40-dan çox avtomobil toqquşdu: 36 nəfər yaralandı

Macarıstanda 40-dan çox avtomobil toqquşdu: 36 nəfər yaralandı
DÜNYA
11:45 13.03.2023
190
Macarıstanın paytaxtı Budapeşt yaxınlığındakı magistral yolda zəncirvari yol qəzası baş verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qəzada 42 avtomobilin toqquşması nəticəsində 13-ü ağır olmaqla 36 nəfər xəsarət alıb. Qəzada iştirak edən 19 avtomobildə yanğın baş verib.

Qəzaya qarışan 19 avtomobildə yanğın baş verərkən, bir çox avtomobil yararsız hala düşüb. Macarıstan Milli Fəlakətdən Mühafizə Müdirliyindən verilən açıqlamada bölgəyə çoxlu sayda yanğınsöndürən və təcili yardımın göndərildiyi, yaralıların isə helikopterlərlə xəstəxanaya çatdırıldığı bildirilib.

Qəzanın səbəbi hələlik rəsmi orqanlar tərəfindən açıqlanmasa da, qəzanın magistral yol ərazisində qəfildən görmə məsafəsini azaldan toz fırtınası nəticəsində baş verə biləcəyi bildirilib.
 
Qəzaya qarışan avtomobillərdən birinin avtomobilin kamerası ilə qeydə alınan görüntülərdə yolda görmə məsafəsinin az olduğu görülüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR