Macarıstanda yaşayan azərbaycanlılar prezident seçkiləri ilə əlaqədar öz mövqeyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, bu ölkədə yaşayan soydaşlarımızın adından çıxış edən Macar-Azərbaycan Dostluq Cəmiyyəti oktyabrın 9-da keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyinin dəstəklədiklərini bəyan ediblər.
Vətəndən kənarda yaşasalar da, Azərbaycanda gedən proseslərə biganə qalmayan Macarıstandakı həmvətənlərimiz ölkənin yalnız İlham Əliyevin rəhbərliyi altında özünün parlaq gələcəyinə qovuşacağına, ərazi bütövlüyünün bərqərar olacağına inamlarını ifadə ediblər.Macarıstanda yaşayan soydaşlarımız bu qənaətdədir ki, son 10 ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və dünya xalqları arasında sülhpərvər imicinin formalaşması məhz İlham Əliyevin həyata keçirdiyi düzgün xarici siyasətin nəticəsidir.Macar-Azərbaycan Dostluq Cəmiyyəti bütün dünya azərbaycanlılarını prezident seçkilərində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurların müəllifi İlham Əliyevi dəstəkləməyə çağırıb.Qeyd edək ki, 1994-cü ildə yaradılmış Macar-Azərbaycan Dostluq Cəmiyyəti Macarıstanda fəaliyyət göstərən yeganə Azərbaycan diaspor təşkilatıdır və üzvlərinin əksəriyyəti macarlardır. Təşkilat yarandığı 19 il ərzində Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ciddi işlər görüb.