Macarıstanın İrandakı səfiri Jola Peto İslam Respublikasından diplomatların təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib.
AZXEBER.COM-un Report-a istinadən məlumatına görə, diplomat "Astara" dövlət sərhədindən buraxılış məntəqəsində jurnalistlərə minnətdarlığını bildirib.
"Hər şey rahat keçdi. Səmimi qarşılama üçün çox sağ olun. İcazə verin həmkarlarıma qoşulum", - Peto deyib.
Qeyd edək ki, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 5 ölkənin diplomatik nümayəndəliklərinin əməkdaşları Azərbaycana təxliyəsi həyata keçirilib. Onların arasında Macarıstanın diplomatik nümayəndəliyinin 8 əməkdaşı da var.










































