"Macarıstanla əməkdaşlığımızın daha da dərinləşdirilməsini müzakirə etdik"

"Macarıstanla əməkdaşlığımızın daha da dərinləşdirilməsini müzakirə etdik"
SİYASƏT
17:24 04.09.2023
284
"Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasını çox məhsuldar keçirdik və çoxşaxəli əməkdaşlığımızın daha da dərinləşdirilməsinə dair hərtərəfli müzakirələr apardıq".

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X" hesabında paylaşıb.

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşməkdən məmnunam", - XİN başçısı vurğulayıb.

Qeyd edək ki, nazirlər Azərbaycanla Macarıstan arasında Strateji Dialoqun ilk iclasının keçirilməsinə dair protokol imzalayıblar.
OXŞAR XƏBƏRLƏR