Madlen Olbrayt vəfat etdi

Madlen Olbrayt vəfat etdi
DÜNYA
22:59 23.03.2022
489
ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt vəfat edib.

Diplomat 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, ABŞ-ın ilk qadın dövlət katibi olub.

Madlen Olbrayt 1937-ci ildə Çexiyanın Praqa şəhərində diplomat ailəsində anadan olub. 1978-ci ildən ABŞ Prezidenti Ceyms Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilib, 1984 və 1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləyib.

M.Olbrayt 1993-cü ilin fevralında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilib. 1997-2000-ci illərdə isə ABŞ-ın Dövlət katibi olub
OXŞAR XƏBƏRLƏR