Madonna Obamanın Suriyaya hərbi müdaxilə istəyinə qarşı çıxdığını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, sosial şəbəkədəki hesabında hərbi əməliyyata kəskin etirazını bildirən Madonna: "ABŞ, insanlıq naminə Suriyadan uzaq dur!", - deyə Obamaya mesaj göndərib. Xatırladaq ki, Madonna bundan öncə repçi Eminemin Obamadan daha mənalı sözlər işlətdiyini bildirmiş və Corc Buşu Səddam Hüseynə bənzətmişdi. Bü-tün bunlara baxmayaraq Madonna Barak Obamanın daxili siyasətini bəyəndiyini də gizlətməyib. Bir müddət əvvəl ABŞ-dakı prezident seçkiləri zamanı da Madonna sinəsinə Obamanın adını yazaraq dəstəyini göstərmişdi.
