Madriddə etiraz aksiyası keçirilir

Madriddə etiraz aksiyası keçirilir
DÜNYA
01:16 29.10.2026
191
Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər.

AZXEBER.COM xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkət edirlər. Onlar oradan Kənd Təsərrüfatı, Balıqçılıq və Ərzaq Nazirliyinin binasına yollanacaqlar.

Etirazçılar ilk növbədə, hökumətdən istehsal xərcləri və dizel yanacağı ilə bağlı təcili fəaliyyət planının qəbul edilməsini tələb edirlər.

OXŞAR XƏBƏRLƏR