Maduro İlon Maska cavab verdi - "Dava istəyirsən?"

Maduro İlon Maska cavab verdi - "Dava istəyirsən?"
DÜNYA
11:47 30.07.2024
137
Venesuela Prezidenti Nikolas Maduro tanınmış milyarder İlon Maskın seçkilərin saxtalaşdırıldığı iddiasına reaksiya verib.
 
AZXEBER.COM xəbər verir ki, Maduro mətbuat konfransında İlon Maskı tənqid edib.

Maskı "yeni əzəli düşmənləri" olaraq xarakterizə edən Maduro "Dava istəyirsən? Gəl o zaman dalaşaq" deyib.
 
Mask ona "Mən hazıram" deyə cavab verib.

Qeyd edək ki, Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Maduro iyulun 28-də keçirilən prezident seçkilərində 51,20 faiz səslə üçüncü dəfə qalib gəlib.

Gülay
OXŞAR XƏBƏRLƏR