Maduro ölkəsinə xəbərdarlıq etdi

DÜNYA
11:22 11.12.2024
118
"Bəzi qruplar ölkədə vətəndaş müharibəsi başlatmağa çalışırlar”.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro jurnalistlərlə açıqlamasında deyib:

"Suriya xalqı üçün ağrılı hadisələri müşahidə edirik. Görürük ki, bu faşist ekstremistlər Venesuelada da vətəndaş müharibəsi başlatmağa çalışırlar. Faşist sağçıların Venesuelaya qarşı sui-qəsd cəhdlərinin uğursuzluğa düçar olduğunu düşünürəm. Lakin Suriya hadisələri göstərir ki, onlar oturub ölkədə nə isə mənfi hadisə baş verməsini gözləyirlər ki, hücuma keçsinlər".

Venesuelanın mümkün vətəndaş müharibəsi ilə təhrik oluna bilməyəcək qədər güclü olduğunu vurğulayan Maduro, ölkədə xalq və ordu arasında güclü həmrəyliyin olduğunu bəyan edib.

Cəmalə



OXŞAR XƏBƏRLƏR