Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək

SOSİAL
15:09 03.06.2016
1500
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub.
Bu barədə Milli Məclisin deputatı Zahid Oruc məlumat verib.
Onun sözlərinə görə, təhsildə fasilsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif olunur: “Qüvvədə olan qanunvericilik aktının 21.1.4-cü maddəsində təkcə bakalavr təhsili alanlar deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur”.
Report.az

OXŞAR XƏBƏRLƏR