Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları göstərdi

Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları göstərdi
SOSİAL
21:44 27.07.2026
788
2025-ci ildə magistraturaya qəbul imtahanlarının nəticələri əsasında ali təhsil müəssisələrinin məzunlarının göstəriciləri təhlil olunub.

AZXEBER.COM "AzEdu.az”a istinadən xəbər verir ki, bu barədə məlumat DİM-in nəşr etdiyi 2025-ci il üzrə "Abituriyent” jurnalının 12-ci sayında yer alıb.

Məlumata görə, magistraturaya qəbul imtahanında Azərbaycan Respublikasının 60 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər. Təhlillər göstərir ki, imtahanda ən azı 10 məzunu iştirak edən ali təhsil müəssisələri arasında ən yüksək nəticəni Bakı Ali Neft Məktəbinin (BANM) məzunları əldə ediblər.

Belə ki, BANM məzunlarının qəbul imtahanında topladığı orta bal 76,4 olub. Onlar ayrı-ayrı fənlər üzrə də ən yüksək göstəricilərə imza atıblar. Bakı Ali Neft Məktəbi məzunlarının xarici dil üzrə orta balı 21,6, informatika üzrə 17,3, məntiq üzrə isə 37,5 bal təşkil edib.
 
Xarici dil fənni üzrə yüksək nəticə göstərən ali təhsil müəssisələri sırasında ADA Universiteti (19,9 bal), Moskva Dövlət Universitetinin Bakı filialı (16,7 bal), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (16 bal), Dövlət Gömrük Komitəsinin Akademiyası (14,3 bal), Azərbaycan Tibb Universiteti (14,3 bal) və Azərbaycan Dillər Universiteti (14,3 bal) yer alıb.

İnformatika fənni üzrə Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları 14,7 bal, Dövlət İdarəçilik Akademiyasının məzunları 14,3 bal, Azərbaycan Tibb Universitetinin məzunları isə 13,1 bal orta nəticə göstəriblər.

Məntiq fənni üzrə isə Dövlət Gömrük Komitəsinin Akademiyası (32,1 bal), Azərbaycan Tibb Universiteti (31,6 bal), Dövlət İdarəçilik Akademiyası (31,4 bal) və Fövqəladə Hallar Nazirliyinin Akademiyası (30,8 bal) məzunları fərqləniblər.

Təhlillər göstərir ki, magistraturaya qəbul imtahanında ən aşağı nəticə Azərbaycan Milli Konservatoriyası və Bakı Xoreoqrafiya Akademiyasının məzunları arasında qeydə alınıb. Belə ki, imtahanda Azərbaycan Milli Konservatoriyasının 178, Bakı Xoreoqrafiya Akademiyasının isə 46 məzunu iştirak edib. Həmin məzunların bütün fənlər üzrə topladıqları balların orta göstəricisi müvafiq olaraq 32,6 və 30,8 bal olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
22:48 11.09.2026
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO