Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb

SOSİAL
14:27 20.11.2024
165
Dövlət İmtahan Mərkəzi növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrların qeydiyyatını 2025-ci ilin yanvar-fevral aylarında keçirməyi planlaşdırır.

Bu barədə AZXEBER.COM-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Ötən illərin təcrübəsi göstərir ki, əvvəlki illərdə məzun olan bakalavrlar imtahana qeydiyyat zamanı bəzi hallarda təhsil məlumatlarının "Tələbə-məzun” bazasında olmaması və ya qeyri-dəqiq olması halları ilə rastlaşırlar. Belə olduqda həmin bakalavrlar sistemdə qeydiyyatdan keçə bilmirlər və məlumatların daxil edilməsini təmin etmək üçün vaxt itkisi ilə üzləşirlər. Hətta bəzən qeydiyyat müddətində bunu həyata keçirməyi çatdırmırlar. Bununla bağlı DİM-in elektron poçtuna çoxsaylı müraciətlər daxil olur.

Qeyd olunanları nəzərə alaraq, əvvəlki illərdə məzun olan və qəbul imtahanına vaxtında və uğurla qeydiyyatdan keçmək istəyən bakalavrlara tövsiyə edirik ki, indidən ali təhsil haqqında məlumatlarını MyGov.az portalına daxil olaraq "Təhsil məlumatlarım” bölməsində yoxlasınlar. Təhsil (diplom) haqqında məlumat aşkar olunmadıqda və ya məlumatlarda qeyri-dəqiqlik üzə çıxdıqda bitirdiyiniz ali təhsil müəssisəsinə, ali təhsil müəssisəsi artıq mövcud deyilsə, Elm və Təhsil Nazirliyinə müraciət etmək lazımdır ki, sistemdə müvafiq düzəliş və ya əlavələr edilsin.

Xarici dövlətlərdə təhsilini başa vurmuş Azərbaycan Respublikasının vətəndaşı olan bakalavrlar isə təhsil məlumatlarını https://apply.enic.edu.az/e-reference/ linkinə daxil olmaqla yoxlamalıdırlar. Məlumat aşkar olunmadıqda Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bu məlumatları indidən yoxlayın ki, qəbul imtahanına qeydiyyat elan olunduqda çətinliklər yaşamayasınız.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 13.02.2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi

15:49 13.02.2025

Prezident bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Şəhid atasıdır, oğlunun yatdığı torpağa qurban olum" - Cavidan Novruz

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi