Mahir Emreli 3 həftə futbol oynaya bilməyəcək

Mahir Emreli 3 həftə futbol oynaya bilməyəcək
İDMAN
14:53 31.03.2021
494
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya komandası ilə oyunda zədələnən Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.
 
AZXEBER.COM xəbər verir ki, Milli komandanın həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunduqdan sonra Mahir Emrelinin sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.
 
Ağdam klubundan verilən məlumata görə, həkimlərin ilkin diaqnozuna görə Mahir Emreli 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
OXŞAR XƏBƏRLƏR