Polşanın "Legiya" klubu yeni il öncəsi azyaşlı azarkeşlərlə görüşüb.
AzxeberSport xəbər verir ki, balacalar Varşava təmsilçisinin fanşopunda komandanın bir neçə üzvü ilə əyləniblər.
Həmin futbolçuların arasında Mahir Emreli də olub. Fanatların suallarını cavablandıran 24 yaşlı forvard onlara üzərində öz imzası olan top və forma hədiyyə edib.

