Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

İDMAN
19:50 24.10.2022
411
Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiyada İtaliya "Milan"ına qarşı keçiriləcək UEFA Çemionlar Liqasının qrup mərhələsinin V tur oyununu buraxacaq.

Bir neçə gün öncə səhhətində problem aşkarlanan 25 yaşlı hücumçu avrokubok matçında da iştirak etməyəcək.

Onunla yanaşı, enterovirusa yoluxan daha 4 oyunçu qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək.

Emreli Xorvatiya çempionatınının XIV turunda "Hayduk"la səfər oyununda da analoji səbəbindən forma geyinməyib.

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək "Dinamo" - "Milan" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
///report
OXŞAR XƏBƏRLƏR