Mahir Emreli: "Motivasiya yüksəkdir"

İDMAN
15:42 05.12.2021
221
Polşanın "Legiya" klubu "Krakoviya"ya qarşı keçirəcəyi Ekstraklasanın XVII tur oyunundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin fotosunu yayımlayıb.

Varşava təmsilçisi instaqram hesabında komandanın bu gün qələbə üçün meydana çıxacağını bildirib.

24 yaşlı hücumçu paylaşıma reaksiya verib. Emreli həmin postu paylaşaraq "Highly motivated" (yüksək motivasiyalı) yazıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Krakoviya" - "Legiya" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
\Report

OXŞAR XƏBƏRLƏR