Rusiya “Pervıy kanal”ın keçmiş redaktorunu axtarışa verib

İDMAN
19:21 03.10.2022
265
Rusiya "Pervıy kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovanı axtarışa verib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Marina Ovsyannikova oktyabrın 9-dək ev dustaqlığında olmalı idi. Onu Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə 10 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Ovsyannikova "Pervıy kanal”da "Vremya” xəbərlər proqramının canlı efirində Ukraynadakı müharibənin əleyhinə şüar yazılmış plakatla etirazını bildirmişdi.
OXŞAR XƏBƏRLƏR