Mahir Emreli Xorvatiya Super Kuboku uğrunda matçı buraxacaq

Mahir Emreli Xorvatiya Super Kuboku uğrunda matçı buraxacaq
İDMAN
14:29 08.07.2022
249
Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiya "Hayduk"a qarşı Xorvatiya Super Kuboku uğrunda oyunu buraxacaq.

AZXEBER.COM-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.

O bildirib ki, 25 yaşlı hücumçu zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, iyulun 9-da "Maksimir" stadionunda oynanılacaq "Dinamo" - "Hayduk" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR