Mahir Emreli: "Özümə deyirəm ki, kişi ol, xarakter göstər"

Mahir Emreli: "Özümə deyirəm ki, kişi ol, xarakter göstər"
İDMAN
20:07 20.04.2022
468
"Bu, mənim ən pis tərəfimdir. Nə vaxt ağrı hiss edirəmsə, bu barədə düşünmürəm, oynamaq istəyirəm. Yaxşı olardı ki, belə məqamlarda yanımda mənə "Mahir, dayanmaq vaxtıdır, oynaya bilməzsən" deyən biri olsun. Daha doğrusu, belə düşünürəm: kişi ol, xarakter göstər, ağrı hiss etsən, nə olacaq ki"!?

Bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli "sportske.jutarnji.hr" nəşrinə müsahibəsində deyib.

25 yaşlı hücumçu bildirib ki, bəzən zədələnəndə buna fərqli reaksiya verir: "Hayduk"la oyununun Xorvatiyanın ən böyük derbisi olduğunu, bu oyunun hansı mənanı kəsb etdiyini bilirdim və oynamaq istəyirdim. Buna görə də zədələnməyim çox pis oldu. Həmin oyunda heç nə etmədim. Zədəli olduğumu heç kim bilmirdi. Bu barədə baş məşqçiyə deməmişdim və fanatların mənə baxanda nə düşündüklərini təsəvvür edirdim. Yəqin fikirləşirdilər ki, "Dinamo" məni niyə alıb. Bu, sadəcə mənim səhvim idi, bir daha təkrarlanmayacaq".

Forvardın sözlərinə görə, azarkeşlər onu alqışlayanda xoşbəxt olur, özümü əla hiss edir: "Hər zaman komandam, yoldaşlarım və fanatlarımız üçün əlimdən gələni edirəm. Son iki matçdakı kimi oynamağa davam etsəm, hər şey yaxşı olacaq. Azarkeşlərin dəstəyi və vurduğum qollar həqiqətən də gələcək üçün böyük motivasiyadır".

Emrelinin fikrincə, ən önəmlisi hər matçda var gücünü ortaya qoymaqdır: "Çünki bu, oyun vaxtı komandama kömək edir. Əlbəttə, qollar görüşün ən gözəl məqamıdır. Fərqlənmək əladır. Amma nəticə sonda bilinir. Ən vacibi 3 xaldır. Məsələn, "Riyeka" ilə görüşdə vurduğum qol önəmli idi. Bundan sonra kapitan Ariyan Ademi qələbə topunu vurdu və biz oyunu kökündən dəyişdik. Ən gözəli odur ki, sonda qalib gəldik, təslim olmadıq və sonadək mübarizə apardıq. Bu, böyük geri dönüş idi".

O, qol vurmağı sevdiyini söyləyib: "Məşqlərdə zərbələrin üzərində işləyirəm. Amma bunu yaxşılaşdırmaq üçün daha çox çalışmalıyam. "Riyeka"ya vurduğum qola görə xoşbəxtəm. Çünki zərbə nişan aldığım yerə getdi. Yəni, qol təsadüfən vurulmadı, istədiyimi etdim. Bunu hamı bacarmır. Əvvəlcədən fərqlənməyi proqnozlaşdırmaq çətin olur. Bəzən şanslar çox olsa da, top tora daxil olmaq istəmir. Amma ümid edirəm ki, "Hayduk"a qarşı bugünkü matçda qol vuracağıq. Keyfiyyətli, təcrübəli futbolçuları olan güclü rəqibə qarşı oynayırıq. Onu da bilirəm ki, stadionda atmosfer yenidən cəhənnəmi xatırladacaq. Səfərdə oynamağımıza baxmayaraq, azarkeşlərimiz bizimlə olacaq. Onların dəstəyini hiss edəcəyik. Biz "Dinamo"yuq və hər zaman meydana üç xal üçün çıxırıq. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, üstün olmaq və qalib gəlmək istəyirik. Bizi Splitdəki stadionun ab-havası maraqlandırmır, ancaq öz oyunumuzla maraqlanırıq. Düşünürəm ki, bu dəfə Zaqrebə üç xalla dönəcəyik. Amma Splitdəki qələbə ilə titulu təmin edəcəyimizi düşünmürəm. Bundan sonra bizi daha çətin matçlar gözləyir. Mübarizə sonadək gedəcək".

Sevgilisi olduğunu etiraf edən Emreli Zaqrebdə onunla birlikdə qaldığını bildirib: "Gələn həftə anam və bacım yanıma gələcək. Bacım mənimlə idi, amma qayıtmalı oldu, indi yenə gələcək. Düzü, çölə çox çıxmıram. Daha çox evdə oluram. Hər şey evimə yaxındır. Kofe içsəm, evdən çıxıram. Yeri gəlmişkən, Zaqrebi çox sevirəm. Bura mənə uyğun şəhərdir. Böyük şəhərləri sevmirəm. Zaqreb mənə Bakını xatırladır, o da böyük şəhər deyil. Bir yerdən digər yerə tez getməyi sevirəm. Zaqrebdə özümü əla hiss edirəm".

"Dinamo"dakı komanda yoldaşları ilə yaxşı münasibətlərinin olduğunu deyən hücumçu sevdiyi mövqeləri də açıqlayıb: "Hücumun cinahında və mərkəzində çıxış edirəm. Təbii ki, bu mövqelərdə fərqliliklər var. Cinahda olanda topla daha çox topla oynayıram. Mərkəzda isə vəziyyət bir az fərqli olur. Məsələn, müdafiəçi ilə təkbətək çıxmaq çətindir. Daha sürətli qərar qəbul etməli və dərhal reaksiya verməlisən. Hər iki mövqedə nə qədər çox çıxış etsəm, bir o qədər tez uyğunlaşacağam. Amma harada oynayacağıma baş məşqçi qərar verəcək".
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
19:59 19.07.2025
Prezident: Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
19:36 19.07.2025
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
Prezident  Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
19:31 19.07.2025
Prezident Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
19:29 19.07.2025
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq