Zaqreb "Dinamo"su bu gün yoxlama oyunu keçirib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi komanda "Spartak Trnava" ilə qarşılaşıb. Görüş 3:3 hesabıyla başa çatıb.
Matçda son qolu 90-cı dəqiqədə azərbaycanlı hücumçu vurub - 3:3.
Bildirək ki, Emreli bu gün 25 yaşını qeyd edir.