Mahir Emrelinin evini soyan şəxslərin kimliyi müəyyənləşdi

Mahir Emrelinin evini soyan şəxslərin kimliyi müəyyənləşdi
TOP4
12:36 12.09.2019
8680
Binəqədi Rayon Polis idarəsinin əməkdaşları məşhur futbolçu, "Qarabağ” futbol klubunun hücumçusu Mahir Emrelinin evini soymaqda şübhəli bilinən şəxsləri müəyyənləşdirib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, Qazax rayonundan olan iki nəfər yeniyetmə qarətdə şübhəli bilinir.

Sözügedən şəxslər saxlanılmadığı üçün adlarını açıqlanmır. Onlardan biri oğurluğa görə artıq məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
OXŞAR XƏBƏRLƏR