Mahir Emrelinin komandası “Çelsi”ni məğlub etdi

İDMAN
00:41 07.09.2022
402
Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

AZXEBER.COM xəbər verir ki, E qrupunda Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su "Çelsi"ni qəbul edib. Matç Xorvatiya klubunun 1:0 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard sonadək ehtiyat oyunçular skamyasında olub.

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) 1:0

Qol: Mislav Orşiç, 13
OXŞAR XƏBƏRLƏR