UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
AZXEBER.COM xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 12 cüt müəyyənləşib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası "Şkupi" (Şimali Makedoniya) / "Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsi
Çempionlar Yolu
"Tobol" (Qazaxıstan) / "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) / "Dinamo" (Batumi, Gürcüstan)
"Dinamo” (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) / "Linkoln” (Cəbəllütariq)
"Lex" (Polşa) / "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
HIK (Finlandiya) / RFŞ (Latviya) - "Viktoriya” (Çexiya)
TNS (Uels) / "Linfild” (Şimali İrlandiya) - "Budye Qlimt" (Norveç) / "Klasksvik" (Farer adaları)
"Balikani" (Kosovo) / "Jalgiris" (Litva) - "Malmö” (İsveç) / İlkin mərhələnin qalibi
"Lüdoqorets" (Bolqarıstan) / "Sutyeska" (Monteneqro) - "Şemrok Rovers" (İrlandiya) / "Hibernians" (Malta)
"Maribor" (Sloveniya) / "Şaxtyor" (Soliqorsk, Belarus) - "Zrinski" (Bosniya və Herseqovina) / "Şerif" (Moldova)
"Makkabi” (Hayfa, İsrail) - "Olimpiakos” (Yunanıstan)
"Pünik" (Ermənistan) / ÇFR (Rumıniya - "Düdelanj" (Lüksemburq) / "Tirana" (Albaniya)
Liqa yolu
"Dinamo” (Kiyev, Ukrayna) - "Fənərbağça” (Türkiyə)
"Midtüllan” (Danimarka) - AEK (Kipr)
Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.