Mahir Şükürova "Neftçi"də yaşıl işıq

Mahir Şükürova "Neftçi"də yaşıl işıq
İDMAN
18:03 28.10.2016
1566

"Neftçi” PFK müdafiəçi Mahir Şükürovun adını Azərbaycan Premyer Liqasının və ölkə Kubokunun sifariş vərəqinə daxil edib.

Bunun üçün lazımi sənədlər əldə edilərək PFL-ə təqdim olunub. Təcrübəli futbolçunun adı "Qəbələ” ilə sabah keçiriləcək oyunun protokoluna da daxil edilə bilər.

Qeyd edək ki, İzmirin "Karşıyaka" klubu ilə müqaviləsinin bitdiyini göstərən sənədin Türkiyədən gəlməməsinə görə Mahir Şükürov "Neftçi" ilə müqavilə bağlasa da, meydana çıxa bilmirdi.

///Qaynarinfo.Az
OXŞAR XƏBƏRLƏR