AZXEBER.COM xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli yeni klubunda qol vurmağı bacarıb.
Təcrübəli forvard qarşılaşmanın 53-cü dəqiqəsində fərqlənərək hesaba tarazlıq gətirib.
Qeyd edək ki, oyunda hesabı 23-cü dəqiqədə qonaq komandanın futbolçusu Manuel Morello açıb. Hazırda matçda hesab 1:1-dir.











































