Mahmud Abbas İlham Əliyevi təbrik etdi

Mahmud Abbas İlham Əliyevi təbrik etdi
SİYASƏT
20:25 29.12.2025
115
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu yollayıb. 

AZXEBER.COM xəbər verir ki, məktubada deyilir: 

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram.

Eyni zamanda, Sizi Yeni - 2026-cı il münasibətilə də təbrik edirəm. Uca Allahdan Yeni ilin və qarşıdakı illərin Sizə, xalqınıza və bütün xalqlara səadət, xeyir-bərəkət, sülh və müvəffəqiyyət gətirməsini arzu edirəm.

Zati-aliləri, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm".
OXŞAR XƏBƏRLƏR