"Xalqımızın müdafiəsini tələb edirik" - Mahmud Abbas

"Xalqımızın müdafiəsini tələb edirik" - Mahmud Abbas
DÜNYA
10:02 18.10.2023
216
ABŞ Prezidenti Co Baydenin iştirakı gözlənilən İordaniyada dördtərəfli zirvə toplantısı üçün Əmmanda olan Fələstin Prezidenti Mahmud Abbas İsrailin Qəzzada xəstəxanaya hücumundan sonra Ramallaha qayıtmaq qərarına gəlib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstindəki hücumlarda həyatını itirənlər üçün məscidlərdə dua oxunacaq. 
 
Mahmud Abbas İsrailin Fələstində xəstəxananı vurmasına reaksiya verərək bu ifadələrdən istifadə edib:

"Bu, gizlədilə bilməyən bir qətliamdır, işğalçı qüvvələr bütün qırmızı xətləri keçiblər. Biz hərbi əməliyyatların başladığı ilk gündən bu günə qədər öz haqqımızı müdafiə etmişik. Lakin bu gecə baş verən faciədən və xalqımıza qarşı törədilmiş bu hadisədən sonra, hər iki tərəfin də öz hüquqlarını müdafiə etmişik. Vətənimizə qayıtmaq qərarına gəldim. İordaniyadakı qardaşlarımızla razılaşdıq, Baydenlə görüşü keçirəcəyik. Hər kəsə buradan səslənirəm. Gəlin birliyimizi qoruyaq, heç bir halda fitnə-fəsadlara yol verməyək. Çünki bundan heç birimiz faydalanmayacağıq. Biz xalqımızın müdafiəsini tələb edirik. Onlar indiyə qədər bunu etməyiblər. ABŞ bu işin başındadır. Biz imkan verməyəcəyik ki, xalqımız qaçqın vəziyyətinə salınsın, xalqımız öz torpaqlarında dik duracaqlar. Biz heç yerə getməyəcəyik. Biz Qəzzada dinc əhalinin qan gölündən xilas olmasını istəyirik. Bu müharibəni dayandırmaq üçün heç kimə ehtiyacımız yoxdur".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR