Mahmud Abbasın Rusiyaya səfərinə hazırlıq gedir

Mahmud Abbasın Rusiyaya səfərinə hazırlıq gedir
SİYASƏT
14:00 11.10.2023
190
Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfərinə hazırlıq gedir.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Mahmud Abbasın Rusiya səfərinin tarixlərini açıqlamaq hələ tezdir.

"Bu səfər hazırlanır. Vaxtı çatanda səfərin tarixi barədə vaxtında məlumat verəcəyik”, - deyə Kreml nümayəndəsi bildirib.

Peskov Fələstin liderinin səfərinin əvvəlcədən planlaşdırıldığına da diqqət çəkib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR