Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olundu
SOSİAL
20:54 16.02.2026
707
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.
AZXEBER.COMxəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.
Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.