Türkiyəli müğənni Mahsun Kırmızıgül avtobusda sərnişinlərə mini konsert verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Çeşmədə tətildə olan türkiyəli müğənni Mahsun Kırmızıgül taksi tapa bilmədiyi üçün ictimai nəqliyyatdan istifadə edib.
Bayram üçün Alaçatıya üstünlük verən məşhur müğənni maraqlı anlar yaşayıb. Yol boyu pərəstişkarlarına mini konsert verən müğənninin videosu sosial mediada gündəm olub.
Həmin görüntüləri təqdim edirik:
Gülay