Türkiyəli aktyor, rejissor və müğənni Mahsun Kırmızıgül Bakıdadır.O, bu gün “28 Cinema”da müəllifi olduğu “Möcüzə” filmini sevənləri ilə birlikdə izləyəcək. M.Kırmızıgüllə yanaşı, paytaxtımıza “Kurtlar vadisi” serialının Zaza dayısı – Əli Sürməli də gəlib. Onlar media nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə şəkillər çəkdirəcəklər.