Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Anım günü ilə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə "Twitter” hesabında məlumat yayıb.
"Bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında Dövlət Himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər”, - deyə A.Kərimov əlavə edib.
Bu gün Anım Günü ilə bağlı Şuşanın
— Aydin Karimov (@AydinKarim2020) September 27, 2021
Bayraq meydanında Dövlət Himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər. #AMINGÜNÜ pic.twitter.com/KJUm5mELTK