Makareviç və Şvarsneqqer Ukraynanın “Ağ siyahı”sında

DÜNYA
18:57 30.07.2015
1392

Ukraynanın Mədəniyyət Nazirliyi bütün dünya üzrə bu ölkəni dəstəkləyən mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu 34 nəfərdən ibarət “Ağ siyahı” hazırlayıb.

Gün.Az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, nazirlik həyatlarına təhlükənin olmasına baxmayaraq bu insanların qətiyyətlə Ukraynaya dəstək verdiklərini bəyan edib.
Siyahıda kifayət qədər Rusiyadan olan aktyorların, musiqiçilərin adı var.
Siyahıda ilk sırada tanınmış musiqiçi Andrey Makareviç yer alıb. Hollivud ulduzu Arnold Şvarsneqqer, rejissor, kinoaktyor Corc Kluni,
rejissor Eldar Ryazanov, Avropa Kino Akademiyasının prezidenti kino rejissor və ssenarist Vim Venders və digər tanınmışlar da var.
Qeyd edək ki, Ukraynanın tərtib etdiyi və 117 nəfərin daxil olduğu “qara siyahı” da İosif Kobzon, Rusiya vətəndaşı Jerar Depardye və digər məşhurların adları var.
OXŞAR XƏBƏRLƏR