"Fransa bu gün də ayaqdadırsa, afrikalıların sayəsindədir"

"Fransa bu gün də ayaqdadırsa, afrikalıların sayəsindədir"
DÜNYA
16:49 14.01.2025
243
Burkino-Faso hökumətinin Prezidenti İbrahim Traore Fransa Prezidenti Emmanuel Makronun nankorluq ittihamına sərt reaksiya verib.
 
AZXEBER.COM xəbər verir ki, prezident Traore Makronla bağlı sərt açıqlamasında bildirib:
 
"Makron afrikalılara insan kimi yanaşmır. Biz mentalitetlərimizi müstəmləkə edən bu zehniyyətdən qurtulmalıyıq".
 
Qeyd edək ki, Fransa Prezidenti Makron Parisdə keçirilən illik səfirlər konfransında verdiyi açıqlamada Afrikadakı strateji maraqlarını yenidən təşkil etdiyini və bölgədən çəkilməli olduğu fikrini rədd etdiyini bildirib.

Makron açıqlamalarını daha da irəli apararaq "Əgər Fransa ordusu bölgəyə yerləşdirilməsəydi, bu gün onların heç biri suveren ölkə olmazdı" deyib. 
 
O, həmçinin bəyan edib ki, Afrika liderləri ictimaiyyət qarşısında bu fikri müdafiə etməyə cəsarət etmirlər.
  
Fransanın Afrikadan əldə etdiyi qaynaqlarla tarixən sağ qaldığını xatırladan Traore "Fransa bu gün də ayaqdadırsa, afrikalıların sayəsindədir" - deyib.

Digər tərəfdən, Fransada keçirilən son sorğuların nəticələri göstərir ki, Makronun təsdiq nisbəti son 6 ildə ən aşağı səviyyəyə düşüb.
 
Makronun Afrika siyasəti ilə bağlı tənqidləri Fransanın beynəlxalq aləmdəki mövqeyini şübhə altında saxlayır.
 
Seneqaldakı Fransa bazasının bağlanma qərarının tamamilə Seneqal hökuməti tərəfindən verildiyini bildirən Sonko "Alınan qərarla Seneqal müstəqil və suveren bir ölkə olaraq iradəsini nümayiş etdirdi. Bu mövzuda heç bir danışıqlar aparılmadı" - deyərək məsələyə münasibət bildirib..
  
Son hadisələrə görə, Fransanın Afrikadakı hərbi varlığı getdikcə azalır. Fil Dişi Sahili prezidenti Alassane Ouattara ölkədəki Fransa bazasının yanvar ayında Fil Dişi Sahili ordusuna veriləcəyini açıqlayıb. Bundan əvvəl Çad, Seneqal, Mali, Niger və Burkina Faso da fransız əsgərlərinin öz ölkələrindən çıxarılmasını tələb etmişdi. Seneqal prezidenti Bassirou Diomaye Faye bu il ölkədəki 350 fransız əsgərinin Seneqalı tərk edəcəyini açıqlayıb.

Fransa qitədəki hərbi mövcudluğunu yalnız Cibuti (1500 əsgər) və Qabonda (350 əsgər) saxlayacaq. Fransa müstəmləkə dövründən bəri qoşun saxladığı Afrika ölkələrinin 70 faizini tərk etməli oldu.

Mikayıl
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 12 kiloqram narkotik aşkarlanıb
17:31 23.06.2025
Bakıda 12 kiloqram narkotik aşkarlanıb
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
17:20 23.06.2025
UFC əfsanəsi Bakıya heyran qalıb: "Sadəcə, inanılmaz bir yerdir, möhtəşəm memarlığı var"
Bəhruz Səmədova 15 il həbs verildi
16:53 23.06.2025
Bəhruz Səmədova 15 il həbs verildi
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
16:49 23.06.2025
Azərbaycanda ömürlük məhkumların sayı artıb - STATİSTİKA
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
16:45 23.06.2025
Dövlət Xidmətindən genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
16:42 23.06.2025
ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTOLAR
Elarizin qızı məhkəməyə çağırıldı
16:37 23.06.2025
Elarizin qızı məhkəməyə çağırıldı
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
16:35 23.06.2025
Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? - VİDEO
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
16:35 23.06.2025
"Bizim publika buna hazır deyildi" - Aqil M.Quliyevin 10 illik layihəsi
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
16:29 23.06.2025
Qaxın icra başçısının səlahiyyətlərini icra edən şəxs məlum oldu
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
16:24 23.06.2025
Qəzzada həlak olanların sayı 55 min 998-ə çatdı
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
16:19 23.06.2025
"O boyda faciədən sonra sənətə onlara görə qayıtdım" - Xalq artisti
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
16:16 23.06.2025
Peskov: “İrana yardım Tehranın ehtiyaclarından asılı olacaq”
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
16:13 23.06.2025
İran ABŞ-ni təhdid etdi: 50 min əsgərinizi tabutda geri göndərəcəyik
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
16:11 23.06.2025
Netanyahunun arvadından İran xalqına müraciət: “Biz sizin düşməniniz deyilik”
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
16:00 23.06.2025
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var