"Makron devrilib!" deyə qışqırdı, jandarmalara atəş açdı - Fransada inanılmaz hadisə
DÜNYA
21:51 21.06.2026
269
Fransada Prezident Emmanuel Makronun devrildiyini və ölkədə inqilabın başladığını zənn edən 82 yaşlı kişi jandarmalarla atışmaya girib və onlardan ikisini yaralayıb.
Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Eure-et-Loir departamentinin polisinin məlumatına görə, iyunun 20-də saat 19:00-da bir qadın hüquq-mühafizə orqanlarına müraciət edərək 82 yaşlı ərinin tüfəng və patron götürdüyünü, "Bu, inqilabdır!" və "Makron devrilib!" dedikdən sonra naməlum istiqamətdə getdiyini bildirib.
Məlumata görə, bir müddət sonra yaşlı kişi jandarmalarla silahlı qarşıdurmaya girib. Hadisə nəticəsində iki jandarma yaralanıb.
"Le Parisien"in yazdığına görə, atışma zamanı 82 yaşlı kişi də yaralanıb və xəstəxanaya yerləşdirilib.