Makron Polşa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək

Makron Polşa liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək
DÜNYA
18:34 09.12.2024
187
Fransa Prezidenti Emmanuel Makron dekabrın 12-də Varşavaya səfər edəcək.

Bu barədə "Wyborcza" qəzeti məlumat yayıb.

Məlumata görə, Makron Polşanın Baş naziri Donald Tusk və Prezident Andjey Duda ilə görüşəcək.

Diplomatik mənbələr danışıqların gündəliyində Ukraynadakı vəziyyətin prioritet olacağını bildiriblər. Makron Polşa rəhbərliyinə ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə keçirdiyi görüşlər barədə məlumat verəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR