Makron: Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil

Makron: Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil
DÜNYA
11:59 11.05.2025
682
Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlara dair təklifini qeyri-kafi qiymətləndirib.

Bu barədə "Frans Presse” (AFP) agentliyi məlumat yayıb.

"Vladimir Putinin Kiyev və onun avropalı müttəfiqlərinin tələb etdiyi 30 günlük atəşkəsə cavab olaraq Rusiya və Ukrayna arasında birbaşa danışıqlar təklifi ilk addımdır, lakin kifayət deyil”, – Makron deyib.

AFP Fransa prezidentinin sözlərindən sitat gətirir: "Şərtsiz atəşkəsdən əvvəl danışıqlar aparılmır".

Makron əlavə edib ki, Putin çıxış yolu axtarır, amma yenə də vaxt qazanmaq istəyir.
 
///REPORT
OXŞAR XƏBƏRLƏR