“Makron Putinin simasını qorumaq üçün Ukraynanın suverenliyi ilə bağlı güzəştlər təklif etmişdi”

DÜNYA
23:02 13.05.2022
279
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə suverenlik ilə bağlı güzəştlər təklif edərək Ukrayna və Rusiya arasında vasitəçiliyə nail olmağa çalışıb.

Bu barədə Zelenski italyan jurnalistlərə müsahibəsində bildirib.

"Makron Putinin simasını qorumaq üçün mənə Ukraynanın suverenliyi ilə bağlı müəyyən güzəştlər etməyi təklif etmişdi. Mən təbii ki, bu təklifi qətiyyətlə rədd etdim. Vaxtilə dünya liderləri Hitlerə "dünyanın yenidən bölünməsi haqqında düşünməyə” imkan vermişdi. İndi də Avropa Putinə və Rusiya Federasiyasına yanaşma axtararkən uzun illər ərzində oxşar şey yaşanıb.

Biz Rusiya üçün çıxış yolu axtarmamalıyıq və cənab Makron əbəs yerə bunu edir. Hesab edirəm ki, onun Rusiyanın özü istəməyincə, heç nə axtarmayacağı ilə bağlı əla təcrübəsi var. O, vasitəçiliklə müəyyən nəticələr əldə etmək istəyirdi və bunu edə bilmədi. Özü də bizim tərəfimizdən yox, Rusiya tərəfdən məsələyə yanaşırdı”, - Zelenski deyib.

Ukrayna lideri vurğulayıb ki, Rusiya fevralın 24-də heç bir güzəşti vecinə almadığını və qarşısına məqsəd qoyubsa, başqasının ərazisini alacağını göstərdi. "İndi Makrona bu və ya digər diplomatik "pa”lar etmək lazım deyil. O, prezident oldu, mən onu dəstəklədim. Amma kənara addım atmaq olmaz, tarix bunu bağışlamır, sənin olanı geri qaytarmaq istəyirsənsə, ancaq irəli addımlamalısan”, - Zelenski qeyd edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:54 19.05.2022

Gitanas Nauseda və xanımı İçərişəhərlə tanış oldular - FOTOLAR

14:45 19.05.2022

TƏBİB-dən Qadir İbrahimlinin səhhəti ilə bağlı açıqlama

14:35 19.05.2022

Baydendən İsveç və Finlandiyaya dəstək: "Onlarla işləməyi səbirsizliklə gözləyirəm"

14:26 19.05.2022

Prezident Administrasiyasının şöbələrindən biri ləğv edildi

14:20 19.05.2022

Bu ölkədə COVİD-19-a yoluxanların sayı 2 milyona yaxınlaşdı

14:19 19.05.2022

Zaxarova: "Rusiya heç vaxt nüvə silahı ilə hədələməyib"

14:18 19.05.2022

AZAL-da 76 milyon "buxarlandı": Hər şeyi dövlət verir, biletlər ucuşlaşmır, zərər artır

14:05 19.05.2022

"Rus qoşunları Ukraynadan tamamilə çıxmadan atəşkəs mümkün deyil"

13:57 19.05.2022

Türkiyə Prezidenti: “Putin və Zelenski ilə əlaqələri kəsmək niyyətimiz yoxdur”

13:55 19.05.2022

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

13:51 19.05.2022

Əli Həsənov ittihamlara cavab verdi: "Şahbaz Quliyev adlı adam..."

13:46 19.05.2022

Elon Maskdan gözlənilməz addım: "Twitter"ə maraqlı stiker göndərdi

13:43 19.05.2022

Abşeronda "Abidə Bulaq Kompleksi istifadəyə verildi - FOTOLAR

13:39 19.05.2022

Finlandiyadan Türkiyə açıqlaması: "Gündəmə gətirilən bütün problemləri həll edə bilərik"

13:28 19.05.2022

Access2Success təlimlərə başladı

13:24 19.05.2022

“Kontakt”ın dəstəyi ilə “Birinci Beynəlxalq Baku Piano Festivalı” başlayır