Makron Putinlə növbəti danışıqların vaxtını açıqladı

Makron Putinlə növbəti danışıqların vaxtını açıqladı
DÜNYA
22:35 10.03.2022
280
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə yenidən telefon danışığı aparacağını bəyan edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Fransa lideri Avropa İttifaqının (Aİ) Versalda fövqəladə sammitinin açılışında deyib.

"Bu səhər Putinlə danışdıq. Yaxın 48 saat ərzində onunla yenidən söhbət etməyi planlaşdırırıq”, - Makron bildirib.

O, həmçinin Ukraynada atəşkəsə nail olmaq və münaqişədən çıxış yollarını tapmaq niyyətində olduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR