Fransa Prezidenti Emmanuel Makron Qəzza xalqını qorumaq üçün humanitar atəşkəs çağırışını bir daha təkrar edib.
AZXEBER.COM xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron "X” sosial media platformasında Qəzza üçün Misirə göndərilən yardımla bağlı açıqlama verib.
Fransa prezidenti öz paylaşımında "Qəzza xalqını qorumaq üçün humanitar atəşkəs çağırışımı bir daha təkrar edirəm”,- deyə bildirib.
Fransadan yola düşən 17 ton humanitar yardım yükünün Misirə çatdığını bildirən Makron hava və dəniz yolu ilə işlərini davam etdirdiklərini qeyd edib.
Ayşən