Etirazçıların Yelisey Sarayını ələ keçirməsi ehtimalına qarşı Paris yaxınlığında Fransa Prezideni Emmanuel Makron üçün gizli bunker hazırlanıb.
Belə bir iddia ilə "The Telegraph" nəşri çıxış edib.
Məlumata görə, Makronun bunkeri üçün hazırlıqlar 2018-ci ildə Fransa prezidenti Le Puy-en-Velay-a səfəri zamanı mitinqçilərin hücumuna məruz qaldığı "sarı jiletlilər" etirazları zamanı başlayıb. Bildirilir ki, rəsmilər Marin Le Penin sağçı hərəkatının 2027-ci il seçkilərində qələbəsinin solçu radikalların, şəhərətrafı gənclərin və seçki nəticələrini tanımaqdan imtina edəcək "kənd döyüşçülərinin" küçə etirazlarına səbəb ola biləcəyindən qorxurlar.
Qeyd olunub ki, Paris polisi artıq genişmiqyaslı kiberhücum halında şifrələnmiş smartfonlar olmadan fəaliyyət göstərməyi təcrübədən keçirib və Fransanın xarici kəşfiyyat xidməti seçkilərə müdaxiləni simulyasiya edib.
///"Unikal"











































